Sosial şəbəkədə biz:

Jurnalistlərin mənzilləri özəlləşdirilir

23 November 2015, 16:52
Gündəm
2013-cü ilin iyulun 22-də dövlət tərəfindənjurnalistlərə verilən mənzillər özəlləşdirilir. Axar.az xəbər verir ki, bu barədə bina sakinlərindən biri - jurnalist Rey Kərimoğlu Feysbuk səhifəsində məlumat yayıb. O qeyd edib ki, noyabrın 26-27-də ASAN Xidmətin səyyar xidmət avtomobili bu məqsədlə binaya gələcək: “Bu həftənin 4-5-ci günləri ASAN Xidmətin səyyar xidmət avtomobili bu məqsədlə binamıza gələcək. Amma 4-5-ci günə qədər “Jurnalist evi” MMC-yə xidmət haqqı borcu olanlar borclarını ödəməlidirlər”. Qeyd edək ki, 2013-cü ildə istifadəyə verilən 16 mərtəbəli binada 156 mənzil var.