Sosial şəbəkədə biz:

YAP Milli Məclis sədrliyinə bu şəxsin namizədliyini verəcək – Rəsmi

24 November 2015, 12:23
Gündəm
Yeni Azərbaycan Partiyası Milli Məclisin sədrliyinə partiyanın Siyasi Şurasının üzvü Oqtay Əsədovun namizədliyini irəli sürəcək.   Bu barədə Axar.az-a YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib. H.Paşayevin sözlərinə görə, partiya O.Əsədovun ötən çağırışda fəaliyyətindən tam razıdır və onun vəzifəsini qanunauyğun şəkildə yerinə yetirdiyi qənaətindədir:   “Oqtay Əsədov həm daxili nizam-intizamın qorunması, həm beynəlxalq əlaqələrin güclənməsi, həm də Azərbaycanın xarici siyasətdə qazandığı uğurlarda üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirib”.   Xatırladaq ki, bu gün V çağırış Milli Məclisin ilk sessiyası keçiriləcək.   İlk sessiyada Milli Məclisin sədri və sədrin müavinləri seçiləcək. Sessiyada parlamentin komitə sədrləri və komitə sədrlərinin müavinlərinin seçilməsi də nəzərdə tutulub.