Sosial şəbəkədə biz:

Dollar ucuzlaşdı

25 November 2015, 10:17
Gündəm
Bu gün noyabrın 24-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib. "APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 25-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 24-ü ilə müqayisədə 0,0001 manat və ya 0,1% azalaraq 1,0509 manat olub. Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, Avrozonanın vahid valyutası 0,0027 manat və ya 0,24% artaraq 1,1198 manata yüksəlib. Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,26% artaraq 0,0161 manat səviyyəsində qərarlaşıb.