Sosial şəbəkədə biz:

Baş həkimlərlə bağlı yoxlama olub - Nazirlik təsdiqlədi

25 November 2015, 12:56
Gündəm
Sumqayıt şəhər 2 saylı Doğum evinin baş həkimi Ələkbərova İmmi İsmayıl qızı işdən azad olunub. ANS PRESS-in məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. Onun sözlərinə görə, qaynar xəttə daxil olan şikayətlərlə əlaqədar Sumqayıtda fəaliyyət göstərən 1 və 2 saylı doğum evlərində yoxlamalar aparılıb. "Hər iki xəstəxanada apardığımız monitorinqlər zamanı aşkar olunan bütün nöqsanlar aradan qaldırılıb. Sumqayıt şəhər 2 saylı Doğum evinin baş həkimi Ələkbərova İmmi İsmayıl qızı öz ərizəsi ilə işdən çıxıb. İşdən çıxarılan baş həkimin yerinə isə hələlik təyinat olmayıb". Amma 1 saylı doğum evinin baş həkiminin işdən azad olunub-olunmaması barədə isə heç bir məlumat ala bilmədik. Xatırladaq ki, bir müddət əvvəl sumqayıtlılar Sumqayıtda fəaliyyət göstərən 1 və 2 saylı doğum evlərin fəaliyyətindəki nöqsan və çatışmazlıqlar barədə dəfələrlə narazılıqlar ediblər. Bu sahədəki vəziyyət o dərəcədə ciddi olub ki, hətta, hər iki doğum evinin baş həkiminin işdən azad edilməsi məsələsi də gündəmdə olub.