Sosial şəbəkədə biz:

Ramin Quluzadə rabitə və yüksək texnologiyalar nazirinin I müavini təyin olundu

25 November 2015, 14:07
Gündəm
Ramin Quluzadə rabitə və yüksək texnologiyalar nazirinin I müavini vəzifəsinə təyin olunub. Nazirlikdən APA-ya verilən məlumata görə, R. Quluzadə paralel olaraq nazir vəzifəsini müvəqqəti icra edir. Bundan öncə R. Quluzadə Heydər Əliyev Fondunda departament direktoru vəzifəsini tutub. Bunadək nazirin I müavini vəzifəsini tutan İltimas Məmmədova müavin vəzifəsi həvalə olunub.