Sosial şəbəkədə biz:

Saakaşvili təyyarə qalmaqalında Ərdoğanı dəstəklədi

25 November 2015, 14:42
Gündəm
"Türkiyəyə hər zaman hörmət etmişəm, amma bu gün hörmətim daha da artdı". Virtualaz.org bildirir ki, bunu Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayəti Dövlət administrasiyasının hazırkı rəhbəri Mixail Saakaşvili facebook-da yazıb. O, qeyd edib ki, Rusiyanın Türkiyənin hava məkanına daxil olmuş təyyarəsi İŞİD-in olmadığı, Əsədə qarşı vuruşan qrupların olduğu bölgələrdə uçuşlar həyata keçirirmiş: “Bu bir daha göstərir ki, Putin terrorla mübarizədə əsla birləşdirici qüvvə kimi çıxış edə bilməz”.