Sosial şəbəkədə biz:

Təcili: Moskvadakı Türkiyə səfirliyinə hücum oldu

25 November 2015, 16:28
Gündəm
Moskvadakı Rusiya səfirliyinə hücum olub Virtualaz.org saytı "RİA Novosti"yə istinadən xəbər verir ki, səfirlik binası daşa basılıb. “Türkiyə səfirliyinin ətrafı daşla doludur. Binanın pəncərələri sındırılıb. Hər yerdə rəng izləri var” - deyə moskvalı jurnalistlər lenta.ru portalına bildiriblər. Məlumata görə, səfirlik binasının yanında bir neçə polis naryadı növbə çəkir. Polislər binaya giriş-çıxış yollarını bağlamağa çalışırlar. Xəbərlərdə o da qeyd olunur ki, səfirlik binasının yanında qara gödəkcə və papaq geymiş bir qrup gənc dayanıb. Onların səfirliyə hücum etməyə fürsət axtardığı ehtimal edilir.