Sosial şəbəkədə biz:

İlham Əliyev Belarusa gedir

25 November 2015, 18:16
Gündəm
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 27-28-də Belarusda rəsmi səfərdə olacaq. Virtualaz.org saytı xəbər verir ki, bu məlumatı Belarus prezidentinin mətbuat xidməti yayıb. İnformasiyaya görə, İ.Əliyevin Belarus prezidenti Aleksandr Lukaşenko ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparması nəzərdə tutulub. Həmçinin bir sıra sənədlərin imzalanması planlaşdırılır.