Həsən Zeynalov Azərbaycanın İstanbuldakı baş konsulu vəzifəsindən geri çağırılıb
Həsən Zeynalov Türkiyənin İstanbul şəhərində Azərbaycanın baş konsulu və eyni zamanda Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.