Sosial şəbəkədə biz:

Şahdağ Milli Qoruğunda yanğın baş verib

26 November 2015, 11:30
Gündəm
Şahdağ Milli Qoruğunda yanğın olub. Azinforum.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Quba rayonu, Suxtəkələ kəndində (rayon mərkəzindən 35 km aralı) Şahdağ Milli Qoruğuna məxsus meşə ərazisində xəzəl və quru ağac kötükləri 0,5 ha sahədə yanıb. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Bundan başqa Quba rayonu, Tüləkəran kəndində Şahdağ Milli Qoruğuna məxsus meşə ərazisində xəzəl və quru ağac kötükləri 20 ha sahədə yanıb. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.