Sosial şəbəkədə biz:

Nazir Mingəçevirə yeni rəis təyin etdi

26 November 2015, 12:36
Gündəm
Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi həyata keçirilib. Azinforum.az-ın əldə etdiyi xəbərə görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Yasamal Rayon Polis İdarəsinin rəis müavini, polkovnik-leytenant Cavid Muradov Mingəçevir Rayon Polis İdarəsinin rəisi təyin edilib. Qeyd edək ki, Mingəçevir Rayon Polis İdarəsinin rəisi Ələsgər Bədəlov pensiya yaşına çatdığına görə, vəzifəsindən uzaqlaşdırılmışdı.