Sosial şəbəkədə biz:

Ağdamın köçkün qəsəbəsində 3 partlayış: xəsarət alanlar var

26 November 2015, 17:07
Gündəm
Ağdam rayonunda məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə 3 evdə partlayış baş verib. APA-nın xəbərinə görə, hadisələr Səfərli qəsəbəsində qeydə alınıb. Üç evdə eyni anda baş verən partlayışa qaz sızmasının səbəb olduğu bildirilir. Xəsarət alanlar var. Yanıq xəsarəti alan şəxslər Ağdam Rayon Mərkəz Xəstəxanasına çatdırılıblar. Partlayış nəticəsində yaxınlıqda olan evlərə də ziyan dəyib.