Sosial şəbəkədə biz:

Hacıqabulda dəhşət: əvvəl arvadını öldürdü, sonra özünü güllələdi

27 November 2015, 12:48
Gündəm
Hacıqabul rayonunda qətl hadisəsi baş verib. APA-nın xəbərinə görə, hadisə bu gün səhər saatlarında Hacıqabul şəhəri Əlağa Vahid küçəsi -155 ünvanında qeydə alınıb. Rayon sakini, 1953-cü il təvəllüdlü Hüseynov Əflan Gəncəli oğlu həyat yoldaşı, 1954-cü il təvəllüdlü Hüseynova Almaz Sabir qızına ürək nahiyəsinə bıçaqla vuraraq qətlə yetirib. Bundan sonra Ə. Hüseynov özünü ov tüfəngi ilə vuraraq öldürüb. Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda araşdırma aparılır.