Pənah Hüseyn Nardaran hadisələrinə münasibət bildirdi
AXP lideri, sabiq millət vəkil Pənah Hüseyn Nardaranda baş verən hadisələrə münasibət bildirib. Musavat.com həmin münasibəti təqdim edir:
“Nardaranda baş verənlər cəmiyyətdə ciddi narahatlıq doğurub. Məsələnin sürətlə, doğru - düzgün araşdırılması və ictimaiyyətin məlumatlandırılması vacibdir. İstənilən halda səlahiyyətli hüquq-mühafizə orqanlarına qarşı silahlı müqavimət yolverilməzdir və bunun hər hansı şəkildə bəraətə yönəlik izahatı yoxdur. Eyni zamanda, dinc əhalinin kütləvi toplandığı yerdə odlu silahdan istifadənin qanuniliyi şəraiti də diqqətlə araşdırılmalıdır. Hadisənin nə üçün məhz şiə inanclılar üçün müqəddəs sayılan, Nardaranda adamların kütləvi toplanıb mərasim keçirəcəkləri əvvəlcədən məlum olan imamın 40- günü keçirilməsinin zəruriliyinin də aydınlaşdırılması gərəkdir ki, ölkədə hadisələrin gərginləşməsindəmaraqlı qüvvələrin təxribat ehtimalı barədə şübhələrə də aydınlıq gəlsin. Olayın əziyyəti və əzabı dinc Nardaran əhalisininvə təqsirsiz vətəndaşların üzərinə düşməməlidir. Bu gün bizə milli həmrəylik hərzaman olduğundan daha zəruridir. İslamın sülh demək olmasını anlamaq və rəhbər tutmaq hər vaxt olduğundan daha lazımdır”.