Sosial şəbəkədə biz:

Kiyevdə ara qarışdı - Ticarət mərkəzinə hücum+Video

29 November 2018, 09:17
Gündəm
Ukraynanın paytaxtı Kiyevdə radikallar “Ocean Plaza” ticarət mərkəzinə hücum ediblər. “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, etirazçılar mərkəzin binasına tüstü fişəngləri atıblar. Alış-veriş mərkəzindəki alıcılar evakuasiya olunublar. Qeyd edək ki, “Ocean Plaza” rusiyalı biznesmenə məxsusdur. Mərkəzin təhlükəsizlik xidmətinin əməkdaşları və polislər vəziyyəti stabilləşdirməyə çalışır.