Nardaranda son durum
Nardaranda vəziyyət dəyişməz olaraq qalır.
"Trend"in kənddə olan əməkdaşının verdiyi məlumata görə, bu gün Sabunçu rayon rəhbərliyi ilə ağsaqqallar arasında aparılan danışıqlarda ümumi məxrəcə gəlinmədiyi üçün kənd sakinləri hələ də meydanı tərk etməyiblər. Kənd sakinləri ötən gün qarşıdurma zamanı öldürülənlərin meyitlərinin kəndə gətiriləcəyini gözləyirlər.
Kənddə abonentlərin borcu olduğu üçün elektrik enerjisinin verilişi dayandırılıb. Meydana toplaşan kənd sakinləri tonqal yandıraraq ətrafına yığışıblar.
Nardaran qəsəbəsinin giriş-çıxışı dünən olduğu kimi bu gün də ciddi nəzarətdədir, qəsəbəyə daxil olan avtomobillər yoxlanılır.
Virtualaz.org saytının müxbiri isə xəbər verir ki, kənd sakinləri dünənki xüsusi əməliyyat zamanı öldürülən şəxslərin cəsədlərinin kəndə gətirilməsini gözləyirlər. Cəsədləri onlara bu gün təhvil vermək vəd olunmuşdu.



