Putin Türkiyəyə qarşı sanksiyaları təsdiq edib
Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı iqtisadi, Türkiyə vətəndaşlarına qarşı viza sanksiyalarının tətbiq edilməsi haqqında fərman imzalayıb.
Kremlin saytında yerləşdirilmiş sənəddə bir sıra Türkiyə mallarının Rusiyaya idxalatı qadağan olunacaq; həmin malların tam siyahısını hökumət hazırlamalıdır. Qadağa tədbirləri Rusiyaya fərdi istifadə üçün gətirilən mallara şamil olmayacaq. Bundan başqa, Türkiyə təşkilatlarına Rusiya ərazisində müəyyən növ işlərin icrasının qadağan olunması planlaşdırılır. Qadağa qoyulan fəaliyyət sahələrinin siyahısı da ayrıca hazırlanacaq. Həmçinin yerli şirkətlər tərəfindən türklərin işə icarəsinə icazə verilmiyəcək. Fərman o cümlədən Türkiyə ilə birtərəfli şəkildə vizasız rejim haqqında sazişin müvəqqəti etibarsız elan edilməsinə dair daha əvvəl xatırlanan qərarı ehtiva edir. Turizm operatorlarına isə artıq rəsmən Türkiyəyə putyovkaların satışına son qoymaq əmri verilib. Sənəd həmçinin Rusiya ilə Türkiyə arasında çarter uçuşların qadağan olunmasını, Rusiyada Türkiyə avtomobil daşıyıcılarının fəaliyyəti üzərində nəzarətin və liman nəzarətinin gücləndirilməsini nəzərdə tutur. Sanksiyalar iki ölkə arasında münasibətlərin gərginləşməsi şəraitində qəbul olunub. Buna Türkiyə qırıcı təyyarələrinin Suriyada əməliyyat keçirən Rusiya bombardmançı təyyarəsini vurması səbəb olub. Türkiyə təyyarənin qeyri-qanuni öz hava məkanına daxil olub, xəbərdarlıqlara məhəl qoymadıqdan sonra vurulduğunu təkid edir. Rusiya tərəfi isə təyyarənin sərhədi aşmadığını və xəbərdarlıq edilmədən vurulduğunu israr edir. Hadisədən az sonra Putin baş bunu “arxadan bıçaq zərbəsi“, təyyarənin məhv edilməsi üçün məsuliyyətliləri isə “terrorçularla əlbir” adlandırıb. BBC