Sosial şəbəkədə biz:

Göyçay icra hakimiyyətinin başçısı fəhlələrin pulunu niyə vermir?

29 November 2015, 15:04
Gündəm
Azinforum.az-a Göyçay rayon icra hakimiyyəti başçısı ilə bağlı şikayət məktubu daxil olub. Şikayət edənlər bildirirlər ki, onlar rayonun abadlığı və quruculuğunda iştirak edən fəhlələr olaraq bu günə  kimi də zəhmət haqlarını  ala bimirlər. İsmayılov Rəşad Vəfadar oğlu etdiyi şikayətdə bildirir ki, Dövlət Bayrağı Meydanı, Nar maketi və  başqa  20 -yə yaxın obyektlərdə çalışan fəhlələrə icra hakimiyyətinin 17.000 manat borcu var. Qeyd edək ki, fəhlələrlə icra hakimiyyəti arasında görüləcək işlərlə bağlı razılaşmanın olması və başqa sənədlər də redaksiyamıza təqdim edilib. Biz qarşı tərəfin mövqeyini öyrənə bilmədiyimiz üçün həmin materialları təqdim etmədik. Mövzuya qayıdacayıq...