Sosial şəbəkədə biz:

Türkiyə rusların “S-400”-nə “KORAL”la cavab verəcək

30 November 2015, 12:42
Gündəm
Türkiyə Suriya ilə sərhədə "Koral" adlı yeni Hava Hücumundan Müdafiə Sistemi quraşdırıb. "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb. Məlumata görə, Türkiyənin bu addımı atmasına səbəb Rusiyanın Suriyada "S-400" zenit-raket qurğusu yerləşdirməsi olub. Bu sistem təhdidedici raket, təyyarə uçuşlarını və radarların siqnallarını qeyd edərək, onları zərərsizləşdirir. "Koral" sistemi Türkiyə Silahlı Qüvvələrinin inventarları siyahısına 2015-ci ildən daxil edilib və ilk dəfə Egey dənizindəki hava sərhədinin qorunması üçün İzmirdə quraşdırılıb.