Sosial şəbəkədə biz:

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi işdən çıxarıldı

30 November 2015, 17:07
Gündəm
 
Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanov vəzifəsindən azad edilib.
Lent.az-ın məlumatına görə, xidmət rəisi ilə birlikdə onun müavini də tutduğu postdan azad edilib.
Məlumata görə, rəis vəzifəsindən çıxarılan M.İmanov eyni qurumda daha kiçik vəzifəyə keçirilib. O, xidmətdə sektor müdiri təyin edilib.
Qeyd edək ki, M.İmanovun yerinə hələ ki rəsmi təyinat yoxdur.