Sosial şəbəkədə biz:

Ərdoğan rusiyalı jurnalistin sualına cavab vermədi

30 November 2015, 21:10
Gündəm
Parisdə BMT-nin İqlim Dəyişikliyi Zirvəsinə qatılan Ərdoğan Ria Novostinin jurnalistinin “Moskvadan üzr istəyəcəksinizmi?” sualını cavabsız qoyub. Xəbər agentliyi mövzu ilə əlaqədar bunları yazıb: “Parisdə təşkil olunan BMT-nin İqlim Zirvəsində Ərdoğan jurnalistimizin Su-24 qırıcı təyyarəsinin vurulmasına görə, Rusiyadan üzr istəyib istəməyəcəyini soruşub. Ərdoğan isə sualı cavabsız qoyub ”. Prezident "Baş nazir ilə görüşəndən sonra açıqlama verəcəm" - deyə bildirib.