«WhatsApp»-dan bank kartlarına yeni təhlükə
Sinqapur Banklar Assosiasiyası «Android» sistemli mobil telefon istifadəçilərini «WhatsApp» proqramı üçün nəzərdə tutulan saxta yeniləmələr üzərindən yayılan yeni virus haqda xəbərdar edib. Bu haqda təşkilatın direktoru Onqanq Ay Bund məlumat verib.
Fins.az-ın «ICTnews»-a istinadən məlumatına görə, sertifikatlaşdırılmamış yeniləmələrin sistemə quraşdırılması zamanı populyar messencer proqramı bank kartı məlumatlarının daxil edilməsini tələb edir. Bundan sonra saxta yeniləməyə quraşdırılmış viruslar informasiyanı fırıldaqçılara ötürür.