Sosial şəbəkədə biz:

ABŞ-da FETÖ üzvlərinin həbsi başladı

17 December 2018, 21:16
Gündəm
ABŞ-ın Federal Təhqiqatlar Bürosu Fətullah Gülənin rəhbəri olduğu təşkilatın (FETÖ) üzvlərinin həbslərinə başlayıb. Virtualaz.org bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib. Onun sözlərinə görə, FETÖ-ya qarşı 15 ştatda iş aparılır. “Nyu-Cersi ştatında artıq həbslərə başlanılıb”, - deyə Çavuşoğlu vurğulayıb. Xatırladaq ki, Ankara Güləni və onunla əlaqəli olan FETÖ təşkilatını 2016-ci il dövlət çevrilişinə cəhddə ittiham edir.