Sosial şəbəkədə biz:

“Bakcell” mobil telefonunu satışa çıxarmağa hazırlaşır

18 December 2018, 15:54
Gündəm
“Bakcell” MMC gələn il mobil telefonunu satışa çıxaracaq. “ Azinforum.az ” xəbər verir ki, bu barədə “Bakcell”in yeni satış mərkəzinin açılışında iştirak edən şirkətin direktoru Nikolay Bekers bildirib. “Gələn ilin I rübündə mobil telefonumuzu müştərilərə təqdim edəcəyimizə ümidliyik. Telefon bütün müasir funksiyalara malik olacaq, sərfəli qiymət və satış şərtləri ilə insanlara təklif ediləcək”, - deyə o, qeyd edib. Onu da deyək ki, “Bakcell”in yeni satış mərkəzindən mobil telefon alanlar bu ilin sonuna qədər şəbəkədaxili limitsiz danışıq dəqiqələri və internetə çıxış imkanı əldə edəcəklər.