Sosial şəbəkədə biz:

Rusiyada azərbaycanlı ailənin 4 üzvü itkin düşüb

19 December 2018, 14:14
Gündəm
Rusiyanın Novosibirskiy vilayətinin Toquçin şəhərində yaşayan azərbaycanlı ailənin 4 üzvü itkin düşüb. “Report”un Rusiya bürosunun məlumatına görə, bunlar 2000-ci il təvəllüdlü Rüstəmov Ruslan Rüstəm oğlu və 2002-ci il təvəllüdlü Rüstəmov Vadim Rüstəm oğlu qardaşları, onların ögey bacıları Rüstəmova Ruslana Rüstəm qızı və qardaşların analığı Vorontsova Nataliya Qriqoriyevnadır. Şəhərə bitişik qəsəbələrin birində yaşayan ailə üzvləri dekabrın 14-də qonaq getdikləri Tatarsk şəhərindən geri qayıdanrkən onlarla əlaqə kəsilib. Onların üzərlərindəki telefonların da yerini müəyyən etmək mümkün deyil. Ailənin başçısı Rüstəm Rüstəmov uzun müddətdir Rusiyada yaşayır və bizneslə məşğuldur.