Sosial şəbəkədə biz:

Ayda Müşərrəf Alim Qasımovla duet oxumaq istəyir - Video

01 December 2015, 14:10
Gündəm
“O səs Türkiyə”də ifa etdiyi “İsyan” mahnısı ilə məşhurlaşan Ayda Müşərrəf Alim Qasımovla duet oxumaq istəyir.
 
Ötən həftə Bakıda qonaq olan gənc ifaçı arzusunu musavat.com-a açıqlamasında dilə gətirib: “Azərbaycan mahnılarını dinləməyi və ifa etməyi sevirəm, Röyanı bəyənirəm. Son  günlər dəyərli ustadımız, muğam ifaçısı Alim Qasımovun ifa etdiyi “Sarı gəlin” mahnısını tez-tez dinləyirəm. Alim Qasımovla duet oxumaq istəyərəm. Əgər təklif olunsa, sevə-sevə qəbul edərəm”.
Qeyd edək ki, Ayda Müşərrəf Bakıda keçirilən “VI THE FIRST" mükafatlandırma mərasiminə qatılmış, “Sarı gəlin” mahnısını canlı ifa etmişdi.