Sosial şəbəkədə biz:

Fəhlə 12-ci mərtəbədən yıxıldı - Faciə

01 December 2015, 14:18
Gündəm
Sumqayıtda fəhlə 12-ci mərtəbədən yıxılaraq ölüb. Axar.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri 6-cı mikrorayonun ərazisində inşa edilən çoxmərtəbəli binalardan birində qeydə alınıb. Təmir işləri aparan şəhər sakini Fazil Hüseynov ehtiyatsızlıq nəticəsində binanın damından yıxılaraq ölüb. Hadisə ilə bağlı araşdırmalar aparılır.