Sosial şəbəkədə biz:

Tofiq Hacıyevin yerinə kim gətiriləcək?

<span style="color: #000000;"><strong>Tofiq Hacıyevin yerinə kim gətiriləcək?</strong></span> Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktor postu hazırda boşdur. Məlum olduğu kimi, qurumun birinci şəxsi akademik Tofiq Hacıyev noyabrın 27-də dəm qazından boğularaq faciəli şəkildə dünyasını dəyişdi. Ondan əvvəl də bu post uğrunda gərgin mübarizələr gedirdi. Hətta mərhum akademik yay aylarında direktor kürsüsündən qısa müddətlik uzaqlaşdı. O ərəfədə onu filologiya elmləri doktoru  Möhsün Nağısoylu əvəzlədi. Amma Tofiq Hacıyev sonradan vəzifəsinə qayıtdı. Modern.az  xəbər verir ki, gələn həftənin çərşənbə günü AMEA Rəyasət Heyətinin keçiriləcək iclasında böyük ehtimalla Dilçilik İnstitutuna yeni direktor təyin ediləcək. Bu təyinat təxirə salınsa belə, gələn həftənin çərşənbə günündə bu vəzifəni əvəz edəcək şəxs bilinəcək. Hazırda institutda direktoru əvəz edən şəxs yoxdur. Dilçilik İnstitutunun direktor müavinləri fəlsəfə doktorları Baba Məhərrəmli və Şadiman Bağırovdur.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol