Sosial şəbəkədə biz:

Rəsulzadənin təhqir edilməsinə Sabir Rüstəmxanlıdan SƏRT REAKSİYA

01 December 2015, 14:23
Gündəm
Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Gəncədən deputat seçilən 32 yaşlı Naqif Həmzəyevin Məmməd Əmin Rəsulzadəni  vətən xaini adlandırmasına münasibət bildirib. Hazırda Türkiyədə olan Sabir Rüstəmxanlı Moderator.az-aaçıqlamasında deyib ki, o tipli adamlar Azərbaycanın Milli Məclisinə seçilibsə bu bizim millətimizin də, məclisimizin də faciəsidir.