Sosial şəbəkədə biz:

“Rəsulzadə ilə bağlı təhqiredici ifadə işlətməmişəm” - AÇIQLAMA

<strong><span style="color: #000000;">“Rəsulzadə ilə bağlı təhqiredici ifadə işlətməmişəm” <span style="color: #ff0000;">- AÇIQLAMA</span></span></strong> Gəncədən deputat seçilən Naqif Həmzəyev Məhəmməd Əmin Rəsulzadə barədə səsləndirdiyi fikirlər ətrafında yaranan ictimai narazılıqla bağlı açıqlama verib. O, Modern.az saytına deyib ki, mətbuatdakı məqalə həmin dialoqun ruhuna tamamilə ziddir: “Orada xanım jurnalistin təqdim etdiyi kimi, təhqiredici ifadələrdən qəti istifadə olunmayıb. Müəllif həmin söhbəti təhrif edib və mənə qarşı açıq qərəz nümayiş etdirib. Səsləndirmədiyim əksər fikirləri mənim adımdan verib. Çox təəssüflər...”. “Yeni Müsavat”ın yazdığına görə, Naqif Həmzəyev qəzetin əməkdaşına Rəsulzadənin vətən xaini adlandıraraq, onun büstünün Gəncədə deyil, ilk respublikanı Tiflisdə qurduğu üçün orada qoyulmasını lazım bildiyini vurğulayıb. Naqif Həmzəyev “Rəsulzadə yaxşı kişi olsaydı arvadına sahib çıxardı” sözləri ilə özü də hiss etmədən şok açıqlama verib. Bu açıqlama ictimaiyyətdə böyük qınaqla qarşılanıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol