Sosial şəbəkədə biz:

Leyla Yunusun vəziyyəti pisləşib

01 December 2015, 17:24
Gündəm
Həbsdə olan Leyla Yunusun vəziyyəti son günlər pisləşməkdə davam edir
Diabet xəstəliyi onun gözlərində  problem yaradıb. Belə ki, sol gözü tutqunlaşıb.
Məlumatlı mənbələrdən Turan-a məlum olub ki, hepatit C onun ciyərini dağıtmaqda davam edir. Bundan başqa demək olar ki, mədəsi çalışmır, güclü diareya başlayıb və bu səbəbdən qida qəbulu ilə bağlı ciddi problemləri var ( o, bir ildən çoxdur ki, isti yemək yemir). Nəticədə   çox arıqlayıb (hazırda 40 kq.-dan bir az çoxdur), güclü başgicəllənməsi var.
Eyni zamanda məlum olub ki, Leyla Yunus öd kisəsi daşının çıxarılması ilə bağlı əməliyyat olunmalıdır, lakin bunu həbs şəraitində etmək mümkün  deyil.