Sosial şəbəkədə biz:

Ödənişli xidmətlərin dəyəri 2,8 faiz artıb

22 December 2018, 15:06
Gündəm
Yanvar-noyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,8 faiz artaraq 7944,9 milyon manat olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 5793,1 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 72,9 faizini təşkil edib. On bir ayda xidmət subyektlərində hər bir ölkə sakini orta hesabla 809,3 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 35,2 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.