Sosial şəbəkədə biz:

Naxçıvanda daha bir general vəzifədən çıxarıldı - SƏRƏNCAM

22 December 2018, 15:15
Gündəm
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini – “Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri Asəf Quliyev işdən çıxarılıb. General-mayor Asəf Vaqif oğlu Quliyevin yerinə təyinat da olub. Prezident İlham Əliyev dekabrın 18-də Niyaməddin Tağıyevin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini – “Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri təyin edilməsi haqqında sərəncam imzalayıb. Azinforum.az-ın  məlumatına görə, sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 12-ci bəndini rəhbər tutaraq qərara alıram: 1.General-mayor Niyaməddin Məhərrəm oğlu Tağıyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini – “Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri təyin edilsin. 2.Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.