Sosial şəbəkədə biz:

Prezident İlham Əliyev Türkiyədə “İlin dövlət başçısı” seçilib

23 December 2018, 12:43
Gündəm
Prezident İlham Əliyev Türkiyədə səmimi, işgüzar, uğurlu və Türkiyə dövlətinin dostu meyarlarına görə “İlin dövlət başçısı” seçilib. Trend-in məlumatına görə, müvafiq seçim 16 bölgədə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasına bağlı olan dərnəklər və 145 vətəndaş cəmiyyəti təşkilatı tərəfindən aparılıb. “İlin dövlət başçısı” mükafatının Prezident İlham Əliyevə 2019-cu ilin yanvar ayında təqdim olunacağı bildirilir.