Sosial şəbəkədə biz:

Ermənistanda Paşinyanın heykəli başsız qaldı

24 December 2018, 12:32
Gündəm
Ermənistanda naməlum şəxslər ölkənin baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyanın “addımlayan” heykəlinin başını kəsiblər. Virtualaz.org “news.az” portalına istinadən xəbər verir ki, sözügedən heykəl Vanadzor-Gümrü yolunda qoyulub. Sosial şəbəkələrdə yayılmış fotoşəkillərdən göründüyü kimi, heykəl başsız qalıb. Xatırladaq ki, dekabr ayının əvvəllərində “Mənim addımım” adlanan heykəlin ayağının bir hissəsi qoparılmışdı.