Sosial şəbəkədə biz:

Ədliyyə Nazirliyi Razi Nurullayevin AXCP-sini də tanımadı

02 December 2015, 12:12
Gündəm
dliyyə Nazirliyi Razi Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bu ilin oktyabrın 18-də keçirilən qurultayı ilə bağlı müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi üçün etdiyi müraciətini cavablandırıb. Bu barədə "Report"a R.Nurullayev məlumat verib. O bildirib ki, nazirlik bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə edib. R.Nurullayev qeyd edib ki, qurultayla bağlı sənədlər 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə təqdim olunub. Xatırladaq ki, Ədliyyə Nazirliyi Əli Kərimlinin AXCP-nin sentyabrın 27-də keçirilən qurultayı ilə bağlı da məhkəməyə müraciət edilməsinin məqsədəuyğun olduğunu tövsiyə etmişdi. Qeyd edək ki, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna əsasən, hüquqi şəxslər, o cümlədən siyasi partiyalar sənədlərdə dəyişiklik olarsa, 40 gün müddətində müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etməlidir. Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin oktyabrın 18-də keçirilən etimad qurultayında R.Nurullayev sədr seçilib.