Sosial şəbəkədə biz:

Lerikdə naməlum uçan obyekt göründü... - FOTO

25 December 2018, 20:35
Gündəm

Lerik rayonu ərazisində naməlum uçan obyekt görünüb.

Moderator.az xəbər verir ki, bu haqda foto və məlumatı  rayon sakini Cəlal Xudaşov “Facebook”da   paylaşıb. O, NUO-nu dekabrın 24-ü  rayonun Ordahal kəndi ilə Buruq kəndləri arasındakı yolla gedərkən görərək telefonun kamerasına çəkdiyini iddia edir. Əməkdaşımız gözlənilməz olayın şahidi ilə telefon əlaqəsi saxlayıb. C.Xudaşov bildirib ki, yolla getdiyi zaman gözlənilmədən səmada naməlum dairə şəkilli, açıq qara rəngli obyekt görüb.

“Onun üzərində işıqlar da sezilirdi. Sadəcə, telefonun kamerası zəif olduğu üçün əks olunmayıb.  Gözlənilmədən görünən obyekt  15-20 saniyə ərzində yuxarı qalxaraq yox oldu...” deyə Lerik sakini bildirib.

P.S. Ən doğrusunu Allah bilər...

Sultan Laçın