Sosial şəbəkədə biz:

Dəhşətli olay: 85 yaşlı qadın özünü 7-ci mərtəbədən atdı

02 December 2015, 13:49
Gündəm
Bakıda dəhşətli intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Çoxmərtəbəli binada yaşayan 1930-cu il təvəllüdlü Niftəliyeva Qəmzə Haqverdi qızı özünü 7-ci mərtəbədən atıb. 85 yaşlı qadın yaşadığı mənzilin yataq otağının pəncərəsindən tullanıb və hadisə yerindəcə keçinib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.