Sosial şəbəkədə biz:

Tarif Şurasından dərmanların qiymətinə dair daha bir yenilik

<span style="color: #000000;"><strong>Tarif Şurasından dərmanların qiymətinə dair daha bir yenilik</strong></span> Tarif Şurası tərəfindən qiyməti tənzimlənmiş dərmanların süni bahalaşdırılması mümkün olmayacaq. Belə ki, qiymətləri tənzimlənmiş dərman vasitələrinin siyahısını mobil telefonlar vasitəsilə öyrənmək mümkün olacaq. Bu barədə virtualaz.org saytına şuradan məlumat veriblər. Xəbərdə deyilir ki, qiymətləri telefon və planşetlərə yükləməklə dərman vasitələrinin qiyməti, tərkibi, istehsalçı ölkəsi və təsdiq olunmuş qiymətlərin tətbiq edildiyi tarix barədə ətraflı məlumat almaq mümkünləşib. Bundan sonra isə ictimai nəzarətin daha bir formasının tətbiqinə imkan yaranacaq. Qeyd edək ki, yeni dərman vasitələrinin qiymətləri təsdiqləndikcə bu cədvəllər də yenilənir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol