Sosial şəbəkədə biz:

Azərbaycanda 14 minə yaxın adsız küçə var

<strong><span style="color: #000000;">Azərbaycanda 14 minə yaxın adsız küçə var</span></strong>   Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 45 rayonun 1259 kənd yaşayış məntəqələri üzrə 13 527 adsız küçə formalaşdırılıb. Avtosfer.az xəbər verir ki, bu barədə komitədən məlumat verilib. Komitədən qeyd olunub ki, yaxın 2 ay ərzində onların adlandırılması ilə bağlı müvafiq rayon icra hakimiyyəti orqanlarına müraciət olunacaq. “Bakı şəhərində 340 ədəd nəqliyyat infrastrukturu obyektində ünvan lövhəsi, 5 ədəd informasiya lövhəsi, 16 ədəd park informasiya lövhəsi, 30 ədəd küçə istiqamət nişanları quraşdırılıb”, — deyə komitədən qeyd edilib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol