Sosial şəbəkədə biz:

Politoloq: “Gələn il Azərbaycanın geosiyasi və geocoğrafi əhmiyyəti artacaq”

31 December 2018, 11:01
Gündəm
“Növbəti ildə də Yaxın Şərqdə gərginlik davam edəcək”. Bunu Sputnik Azərbaycan-a Yaxın Şərqdəki vəziyyəti şərh edərkən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyib. Politoloqun sözlərinə görə, baş verən hadisələr Azərbaycanın geosiyasi və geocoğrafi əhmiyyətini artıracaq: “Regionda baş verən hadisələr qlobal güclərin Azərbaycana baxışını dəyişəcək. Regiondakı gərginlik Azərbaycanın Cənubi Qafqazdakı aparıcı dövlət rolunu önə çıxaracaq. Həmçinin bu gərginliyin fonunda Azərbaycan-Rusiya münasibətləri daha da güclənəcək. Ümumilikdə Azərbaycan 2019-cu ilə İsrail, ABŞ və Rusiya üçün vacib ölkə olaraq daxil olacaq”.