Sosial şəbəkədə biz:

ABŞ 4 ildə 1139 günahsız insanı öldürdü – Bəyanat

31 December 2018, 11:05
Gündəm
2014-cü ilin avqustundan bəri ABŞ koalisiyasının Suriya və İraqda apardığı antiterror əməliyyatlarında ən azı 1139 dinc sakin ölüb. Axar.az xəbər verir ki, bu barədə elə koalisiyanın bəyanatında deyilib. “2014-cü ilin avqustundan 2018-ci ilin noyabrına kimi koalisiya 31 min 406 aviazərbə endirib. Bu period ərzində minium 1139 dinc sakin yalnışlıqla öldürülüb”, - deyə bildirilib. O da əlavə edilib ki, koalisiya öz müttəfiqləri ilə birgə sözügedən tarixdən bəri Suriya və İraqda İŞİD-lə mübarizə apararaq, 8 milyona yaxın insanı xilas edib.