Sosial şəbəkədə biz:

Əlillərlə bağlı qanun layihəsi hazırlanıb

<strong><span style="color: #000000;">Əlillərlə bağlı qanun layihəsi hazırlanıb</span></strong> Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi, həmçinin “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı”nın layihəsi hazırlanıb. Bu barədə virtualaz.org saytına nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib. E.Babayev deyib ki, nazirlik tərəfindən aylıq sosial müavinətlə təmin olunanların 59,2 faizi əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır. Ölkədə əmək pensiyaçılarının da 28,8 faizi əlilliyə görə əmək pensiyası alanlardır. Nazirliyin xətti ilə prezidentin aylıq təqaüdləri ilə təmin olunan vətəndaşların 69 faizini müharibə əlilləri və onlara bərabər tutulanlar, 20 Yanvar əlilləri, əmək pensiyası almaq hüququ olmayan - ümumi səbəbdən I qrup əlillər təşkil edir. Təkcə ötən il müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təyin olunan Prezident təqaüdlərinin orta aylıq məbləği 50 faizə yaxın artırılıb və I qrup əlilliyə görə sosial müavinət alanlara əlavə olaraq hər ay Prezident təqaüdünün təyin olunmasına başlanılıb. Qeyd edək ki, bu gün-dekabrın 3-ü Beynəlxalq Əlillər Günüdür.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol