Sosial şəbəkədə biz:

Nardaranda təzyiqlə üzləşən jurnalistlər istintaqa çağırıldı

<strong><span style="color: #000000;">Nardaranda təzyiqlə üzləşən jurnalistlər istintaqa çağırıldı</span></strong> Bakının Nardaran qəsəbəsində təzyiqlərə məruz qalmış “Azad Azərbaycan” Televiziyasının (ATV) əməkdaşları hadisə ilə bağlı aparılan istintaqa cəlb olunublar. “Report”un xəbərinə görə, ATV-nin sürücüsü, müxbir və operatoru istintaqa dəvət edilib. Onlar Nardaranda təzyiqə məruz qalmaları, habelə televiziyanın avtomobilinə zərər vurulması barədə suallara cavab veriblər. Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) noyabrın 26-da Nardaranda əməliyyat keçirib. Əməliyyatdan sonra ərazidə çəkiliş aparmaq istəyən bir neçə KİV əməkdaşına təzyiq edilib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol