Sosial şəbəkədə biz:

"Austrian Airlines" şirkəti Bakıya uçuşları dayandırır

03 December 2015, 13:17
Gündəm
Avstriyanın Hava Yolları şirkəti - «Austrian Airlines» Bakıya uçuşları dayandırır. Bu barədə fins.az-a “Austrian Airlines”ın Bakı nümayəndəliyindən bildirilib. Xatırladaq ki, indiyədək adı çəkilən şirkət Bakı-Vyana reysləri həyata keçirirdi. Şirkətdən bildirilib ki, reyslərin dayandırılmasına səbəb tələbatın aşağı düşməsi və sərnişinlərin sayının azalmasıdır. «Tələbatın aşağı düşməsii ilə əlaqədar olaraq «Austrian Airlines» Vyana-Bakı reyslərinin ləğv edilməsini qərara alıb»,-deyə şirkətdən bildirilib. Adı çəkilən reys yanvarın 12-dən etibarən dayandırılır. «Sonucu reys yanvarın 11-də həyata keçiriləcək, ləğv edilən reyslərin sərnişinlərinə alternativ variantlar təklif olunacaq»,-deyə şirkətin məlumatında bildirilir. Şirkət yaranmış narahatlığa görə sərnişinlərindən üzr istəyib.