Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
2018- ci ildə diqqətçəkən fotojurnalistika nümunələri
2018- ci ildə diqqətçəkən fotojurnalistika nümunələri
02 January 2019, 11:51
Gündəm
BBC Xəbərlər xidməti komandası 2018-ci ildə fotojurnalistikanın ən cəlbedici foto şəkillərini seçib sizə təqdim edir.Fotonun müəllifiYVES HERMAN / REUTERSImage captionDekabr ayında Brüsseldə "sarı jiletlilərin" yüksək yanacaq qiymətlərinə etirazı zamanı polis məmuru tərəfindən gözünə bibər qazı püsgürdülən qadın. Reuters-in fotoqrafı qadın haqqında deyib ki, "Gənc bir kişi saxlanılan zaman həmin qadın qaçaraq polis sırasının qarşısına gəlib və onun heç bir səhv etmədiyini bildiridb. Hətta o sarı jilet belə geyməyibmiş"Fotonun müəllifiLAM YİK FEİ / GETTY IMAGESImage captionSentyabr ayında Honq Konqda tayfundan ziyan görmüş bina. Tayfun zamanı şiddəti saatda 200 km/s olan küləklər qeydə alınıb. Tayfun Çinin cənubuna gəlib çatmazdan əvvəl Filippində onlarla adamın ölümünə səbəb olubFotonun müəllifiTERRAY SYLVESTER / REUTERSImage captionHawaii-də may ayında püskürən Kilauea vulkanından lava axarkən. Vulkan krateri gecə açılıb və lava püsgürən zaman onun hündürlüyü 70 metrə çatıbFotonun müəllifiYASUYOSHİ CHİBA / AFPImage captionKenyanın Bəy və Xanım Albinism gözəllik yarışmasının gənc iştirakçısı məkiyaj edərkən. Kenya Albinizm dərnəyi üzvlərinin tez-tez ayrıseçkiliklə üzləşdikləri və zorakılıqla mübarizə çərçivəsində noyabrda paytaxt Nairobidə tədbir keçiribFotonun müəllifiBİLLY H.C. KWOK / GETTY IMAGESImage captionMart ayında Tayvanda illik Çin fənəri festivalı zamanı turistlər minlərlə Çin fənərini səmaya buraxıb. Mərasim hər il günəş təqvimi üzrə yeni ilin son günü keçirilirFotonun müəllifiMARİUS VAGENES VİLLANGER / AFPImage captionNorveçin KV Svalbard gözətçi gəmisinin heyəti mart ayında Qrenlandiya ətrafındakı dənizdəki buz parçası üzərində futbol oynayar. İki silahlı mühafizəçi isə ağ ayıların hücumu ehtimalına görə keşik çəkirFotonun müəllifiAFPImage captionSalah Qaşıqçı (solda), qətlə yetirilən jurnalist Camal Qaşıqçının böyük oğlu Səudiyyə varis şahzadəsi Mohammed bin Salman-la oktyabr ayında görüşüb. Salah Riyada şahzadə Salmanın baş sağlıqlarını qəbul etmək üçün dəvət olunub. Birləşmiş Ştatlar Senatı jurnalistin qətlinə görə Səudiyyə şahzadəsini günahlandırıb, ancaq rəsmlər kral ailəsinin qətldə iştirakını təkzib edibFotonun müəllifiJUSTİN SULLİVAN / GETTY IMAGESImage captionKaliforniyanın Paradise yaşayış məntəqəsinin aerofotosu. Noyabrda baş verən şiddətli yanğın zamanı ətraf mühit yanıb, minlərlə ev dağılıb və 80-dən çox adam ölüb.Fotonun müəllifiAFPImage captionYəmənli ana Nadia Naharinin beş yaşlı oğlu Abdelrahman Manhash uzun müddətdir aclıq çəkib və 5 kiloqram çəkisi qalıb. O, Khokha əyalətində müalicə xəstəxanasında tərəzinin üzərində dayanıbFotonun müəllifiJESCO DENZEL / BUNDESREGİERUNG / GETTY IMAGESImage captionBu görüntü 2018-ci ilin iyun ayında Kanadanın Şarlevua şəhərində keçirilən G7 sammiti vaxtı Almaniya kansleri Angela Merkellə ABŞ prezidenti Donald Trump arasında fikir mübadiləsi anlarını əks etdirirFotonun müəllifiSTEFANIE GLINSKI / AFPImage captionSudanın cənubundakı Mingaman bölgəsində Dinka tayfasına mənsub oğlan əlini inəyin belinə çəkir. Quraqlıq mövsümündə iribuynuzlu mal-qara sürüsü qışlaqlardan aşağı salınaraq Nil çayı yaxınlığındakı düşərgələrə ötürülürFotonun müəllifiSHANNON STAPLETON / REUTERSImage captionHollywood prodüseri Harvey Weinstein New Yorkda polisə təslim olur. O, cinsi zorlama və təcavüzlə bağlı ittihamları qəbul etmirFotonun müəllifiALLİSON JOYCE / GETTY IMAGESImage captionBu kişi Banqladeş paytaxtı Dəkkəyə aparan su kanalında kimyəvi emal olunan plastik torbaları yuyur. 2002-ci ildə Banqladeş drenaj sisteminin tutulması nəticəsində dəhşətli daşqınlara səbəb olan nazik plastik torbaları qadağan etmiş ilk ölkə olduFotonun müəllifiYANA PASKOVA / GETTY IMAGESImage captionBöyüklər üçün filmlərdə çəkilən aktrisa Stormy Daniels (Stephanie Clifford) öz hüquqşünası Michael Avenatti ilə (solda ) prezident Donald Trump-ın sabiq şəxsi vəkili Michael Cohen-in işi üzrə New York şəhərinin dairə məhkəməsində keçirilən prosesə gəlir. Keçmişdə aktrisa ilə prezident arasında baş verənləri sirr saxlamaq üçün xanım Daniels-ə 130 min dollar həcmində ödəniş etməkdə təqsirkar olaraq tanınan cənab Cohen həbs cəzası alıbFotonun müəllifiMUHAMMAD RIFKI / GETTY IMAGESImage captionİndoneziyada helikopter dağıdıcı zəlzələ və sunamiyə məruz qalan Palu bölgəsində havadan dezinfeksiya aparır. Sentyabr ayında baş verən təbii fəlakət 380 nəfərin ölümünə bais olmuşduFotonun müəllifiKEVİN FRAYER / GETTY IMAGESImage captionMonqolustanın Ulanbator şəhərində şaman yay ruhlarını çağıracaq gündönümü mərasiminə qatılır. Şamanizm 70 il ərzində hökm sürən Kommunist rejimi tərəfindən qadağan olunmuşdu. Lakin 1992-ci ildə onun qorunmasını təsbit edən yeni Konstitusiyanın qəbul edilməsilə qədim dini ənənə yenidən canlanmağa başlayıbFotonun müəllifiCLODAGH KİLCOYNE / REUTERSImage captionBanqladeşin Koks bazar düşərgəsində yanaqlarına Myanma bölgəsinə aid ənənəvi sarı "tanaka" nişanələrini çəkən qız. 2017-ci ilin avqust ayından bəri təqiblərə məruz qalan 700 mindən artıq Rohinca müsəlmanı Myanmadakı evlərini tərk etməyə məcbur olaraq qonşu Banqladeşə qaçmalı olubFotonun müəllifiJIM WATSON / AFPImage captionFacebook-un icraçı direktoru Mark Zuckerberg ABŞ Senatının Kommersiya, Elm, Nəqliyyat və Ədliyyə komitələri qarşısında ifadə verir. Cənab Zuckerberg ABŞ prezident seçkiləri vaxtı rusiyalı trolların yaydığı dezinformasiyaya öz şirkətinin ləng reaksiyasını ən çox təəssüf doğuran amillərdən biri kimi dəyərləndiribFotonun müəllifiALEXEY NIKOLSKY / AFPImage captionMoskvanın Lujniki stadionunda futbol üzrə Dünya Çempionatının finalında Fransa prezidenti Emmanuel Macron Xorvatiya millisi üzərində qələbəni havaya yumruq atmaqla qarşılayırFotonun müəllifiMOHAMAD TOROKMAN / REUTERSImage captionFələstinli kişi zəbt olunmuş Qərb Sahilində orta məktəbin bağlanılması barədə qərara etiraz edir