Sosial şəbəkədə biz:

İsa Həbibbəyli MM yanında Toponimiya komissiyasının sədri seçildi

<strong><span style="color: #000000;">İsa Həbibbəyli MM yanında Toponimiya komissiyasının sədri seçildi</span></strong> Milli Məclis yanında Toponimiya komissiyası sədrinin kimliyi məlum olub. APA-nın məlumatına görə, İsa Həbibbəyli Toponimiya komissiyasının iclasında sədr seçilib. Qeyd edək ki, dekabrın 1-də Milli Məclisin iclasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun Xəritəçəkmə və coğrafi adlar şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Mahirə Abbasova, Milli Məclisin deputatı Nizami Cəfərov, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli, AMEA Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, Milli Məclisin deputatı Rafael Hüseynov, Milli Məclisin deputatı Fəzail İbrahimli, Milli Məclisin Aparat rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri İdrak Qarayev, Milli Məclisin deputatı Musa Quliyev, AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin üzvü Yaqub Mahmudov, AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, AMEA Dilçilik İnstitutunun Onomastika şöbəsinin müdiri Qara Məşədiyev, AMEA vitse-prezidenti, Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı Milli Məclis yanında Toponimiya komissiyasının üzvləri seçiliblər. Onu da qeyd edək ki, İ. Həbibbəyli həm də Milli Məclisin Elm və təhsil komitəsinin sədridir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol