Sosial şəbəkədə biz:

Ərdoğan: Suriyada Rusiyaya yer yoxdur

<span style="color: #000000;"><strong>Ərdoğan: Suriyada Rusiyaya yer yoxdur</strong></span> Suriyada Rusiyaya yer yoxdur. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Suriya xalqı ilə Türkiyəni çox şey birləşdirir, belə ki, vaxtilə Suriya ərazisi Osmanlının tərkibinə daxil olub. Prezident qeyd edib ki, Suriyada etnik türklər yaşayırlar və bu, Türkiyənin Suriya ilə bağlı fəal siyasət yürütməsinin amillərindən biridir. Virtualaz.org xatırladır ki, bu gün Belqradda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüşün keçiriləcəyi gözlənilir. Yaranmış məlum gərginliyin yumşaldılmasına xidmət edəcək həmin görüş ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin illik toplantısı çərçivəsində keçiriləcək.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol