Sosial şəbəkədə biz:

Daş karxanasında FACİƏ: Fəhlənin üzərinə mişar daşı düşdü

07 January 2019, 10:11
Gündəm
Cəlilabad sakini daş karxanasında xəsarət alması nəticəsində ölüb.  Azinforum.az “Report”a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda fəaliyyət göstərən daş karxanalarının birində baş verib. Daş karxanasında işləyən Cəlilabad rayonunun Əliqasımlı kənd sakini Mehdiyev Vüqar Əlizadə oğlunun üzərinə mişar daşı düşüb. Nəticədə o, ölüb. Hazırda mərhumun meyiti doğulduğu kəndə gətirilir. Faktla bağlı araşdırma aparılır.