Sosial şəbəkədə biz:

Onların vəzifəsi yüksəldi

07 January 2019, 12:13
Gündəm
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynov yeni vəzifəyə təyin olunub. Bu barədə “Qafqazinfo”ya nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Vüqar Hüseynov məlumat verib. O qeyd edib ki, A. Hüseynov“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nə direktor təyin edilib: “ Mən isə şöbədə mətbuat xidmətinin rəhbərinin müavini vəzifəsində çalışırdım. Hazırda isə Anar Hüseynov başqa vəzifəyə təyinat alması ilə əlaqədar mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edirəm”.